ELM VƏ TƏHSİL


İsveçrə alimləri “İnternet-kompüter” yaradırlar

Bakı, 9 fevral, AZƏRTAC

İsveçrənin “DFINITY” şirkətinin mütəxəssisləri istifadəçilərin kompüterlərini xüsusi “İnternet-kompüter”ə çevirərək onları vahid desentralizasiya olunmuş bulud platformasına birləşdirməyə imkan verən açıq protokolun yaradılması üzərində çalışırlar.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, istehsalçılar “Amazon”, “Google” və “Microsoft” kimi şirkətlərin bulud xidmətləri ilə rəqabət aparmağı planlaşdırırlar. Onlar bildiriblər ki, “DFINITY” şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri açıq protokolun köməyilə birləşdirərək interneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaratmaq niyyətindədirlər. Beləliklə, kompüterlərdən ibarət şəbəkə maksimal təhlükəsizlik və rəqabətədavamlı qiymətlərə zəmanət verərək bulud platformasının funksiyalarını yerinə yetirə biləcək. Bu platforma əsasında desentralizasiya olunmuş proqramlar yaratmaq mümkün olacaq. Bunun üçün “bulud 3.0” yaradıcıları xüsusi alətlər dəsti hazırlayacaqlar.

Artıq layihəyə təxminən yüz milyon dollar cəlb edilib. Platformanın beta-versiyasının bu ilin sonunda təqdim olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.