DÜNYA


İsveçrə əhalisi miqrasiyanın məhdudlaşdırılmasının əleyhinə çıxıb

Bern, 28 sentyabr, AZƏRTAC

İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib.

AZƏRTAC xəbər verir ki, referendumda Aİ və digər ölkə vətəndaşlarının İsveçrə ərazisində məskunlaşmasının məhdudlaşdırılması barədə təklif rədd edilib. Səsvermənin ilkin nəticələrinə görə, əhalinin 63 faizi sağçı-mühafizəkar İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsünü dəstəkləməyib. SVP referendum öncəsi apardığı kampaniyada ölkədə əcnəbilərin sayının artması nəticəsində yerli əhalinin rifah halının aşağı düşdüyünü, əcnəbilərin ölkənin sosial müdafiə sistemindən sui-istifadə etdiyini iddia edib. 1990-cı ildən bəri İsveçrə əhalisi təxminən 25 faiz artaraq 8,6 milyon nəfərə çatıb. Onların 38 faizi miqrant əsilli şəxslərdir.

Referendumda əhali, həmçinin yeni doğulan körpəyə görə ikihəftəlik atalıq məzuniyyətinin verilməsi və yeni döyüş təyyarələrinin alınmasına tərəfdar çıxıb, canavarların populyasiyasını azaltmaq məqsədilə Ov haqqında Qanunun yumşaldılmasını rədd edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.