DÜNYA
İsveçrə koronavirus pandemiyası ilə əlaqədar riskli regionların siyahısını genişləndirib
Bern, 12 sentyabr, AZƏRTAC
İsveçrə Federal Səhiyyə İdarəsi koronavirusa yoluxma hallarının müxtəlif ölkələrdə artması ilə əlaqədar riskli regionların siyahısını genişləndirib.
AZƏRTAC xəbər verir ki, Çexiya, Virciniya adaları, Avstriyanın paytaxtı Vyana şəhəri və Fransanın bir sıra departamentləri 50-dən artıq ölkə və regionun yer aldığı siyahıya əlavə edilib.
İsveçrə Federal Səhiyyə İdarəsindən bildirilib ki, yenilənmiş siyahı sentyabrın 14-dən qüvvədə olacaq. Beləliklə, həmin ölkə və regionlardan gələnləri koronavirus testi təqdim edilmədiyi halda ikihəftəlik karantin gözləyir.
İsveçrə hökuməti qonşu ölkələrlə intensiv əlaqələri nəzərə alaraq, bütün ölkə əvəzinə, infeksiyanın ən yüksək olduğu regionları siyahıya daxil edir. Ona görə də İtaliya, Fransa və Avstriya bütövlükdə deyil, yalnız infeksiya yüksək olan regionları siyahıda yer alıb. Burada əsas parametr isə gündəlik yoluxma halının hər 100 min nəfər üçün 60-dan yuxarı olmamasıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern