QAN YADDAŞI


İsveçrədə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Bern, 19 yanvar, AZƏRTAC

Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan məktəbində şagirdlərə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilib, bu hadisələrin xalqımızın müstəqillik uğrunda əzminin, Azərbaycanın suverenliyi naminə qəhrəmanlığının rəmzi kimi yaddaşlarda qaldığı qeyd edilib.

Əvvəlcə tarixə qısa ekskurs edilib və o zamanın qeyri-sabit dövrü barədə məlumat verilib. 20 Yanvar hadisələri zamanı sovet qoşunları tərəfindən günahsız və silahsız insanların qətlə yetirilməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalqının mübariz ruhunu sındıra bilmədiyi vurğulanıb. Şagirdlərə 20 Yanvar faciəsi ilə bağlı məlumatları özündə əks etdirən əyani vəsaitlər təqdim edilib və məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Diqqətə çatdırılıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.