MƏDƏNİYYƏT


İsveçrədə azərbaycanlı pianoçuların konserti təşkil olunub

Bern, 10 iyul, AZƏRTAC

İsveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində daşıyan beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Müsabiqədə azərbaycanlı gənc pianoçular Leyla Kazımova və Rüstəm Zeynalov da iştirak edirlər.

Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq yarışma çərçivəsində, həmçinin Couvet qəsəbəsinin “Temple de Couvet” kilsəsində “Azərbaycan Dostları” Birliyinin sədri Arzu Əliyeva tərəfindən azərbaycanlı pianoçuların konserti də təşkil olunub.

Konsertdə pianoçular tanınmış Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə qəsəbənin ictimaiyyət nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.