CƏMİYYƏT


İsveçrədə faşizm üzərində qələbədə iştirak etmiş soydaşlarımızın xatirəsi anılıb

Bazel, 9 may, AZƏRTAC

9 May - Qələbə Günündə Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları Bazeldə İkinci Dünya müharibəsində həlak olmuş sovet əsgərlərinin kütləvi məzarlığına əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, kütləvi məzarlıqda müharibədə döyüşən azərbaycanlıların adları ilk sırada yazılıb.

Səfirlikdən bildirilib ki, Avropanı nasizm və faşizmdən xilas etmiş soydaşlarımızın adlarının abidənin üzərində birincilər sırasında qeyd olunması xüsusi fəxrdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bazel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.