DÜNYA
İsveçrədə koronavirusla mübarizəyə yardım üçün xüsusi poçt markaları buraxılıb
Bern, 7 aprel, AZƏRTAC
İsveçrədə koronavirusla mübarizəyə yardım məqsədilə xüsusi poçt markası buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin dövlət poçt müəssisəsi “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) tərəfindən buraxılan markaların satışından əldə olunan vəsait pandemiyadan zərər çəkən və eləcə də xüsusi yardıma ehtiyacı olan şəxslər üçün nəzərdə tutulur. “COVID-19 həmrəyliyi“ adlı bu markaları 50 İsveçrə frankı dəyərində on ədədlik dəst şəklində almaq mümkündür.
“İsveçrə Poçt” SC-dən bildirilib ki, yardımların paylanması İsveçrə Qırmızı Xaç Cəmiyyəti tərəfindən heyata keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]