DÜNYA


İsveçrədə kralın oğurlanmış zinət əşyalarının aşkarlandığı ehtimal olunur

Bakı, 5 fevral, AZƏRTAC

İsveçrədə yarım il sürən axtarışlardan sonra çox güman ki, IX Karla (1550-1611) və onun həyat yoldaşı Kristinaya aid oğurlanmış zinət əşyaları aşkarlanıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, polisin bəyanatında zinət əşyalarının Stokholm rayonunda aşkarlandığı bildirilir. Hazırda tapıntı ekspertizaya göndərilib və orada informasiyanın doğruluğu yoxlanılır.

“The Local” portalının məlumatına əsasən, gözətçi fevralın 5-nə keçən gecə onları zibil yeşiyinin qapağının üstündə tapıb.

XVII əsrə aid zinət əşyaları ötən ilin avqust ayında Strenqnes şəhərinin kilsəsindən oğurlanıb. Qarətçilər IX Karlın və onun həyat yoldaşı Kristinanın iki tacını, həmçinin hakimiyyət emblemi olan xaçlı qızıl şarı ələ keçirərək əvvəlcə velosiped, sonra isə motorlu qayıq vasitəsi ilə hadisə yerindən uzaqlaşmağa nail olublar.

Qeyd edək ki, 7,2 milyon dollar həcmində qiymətləndirilən tarixi zinət əşyalarının oğurlanmasında şübhəli bilinən şəxsə qarşı bu ilin yanvar ayında ittiham irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.