DÜNYA


İsveçrədə meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb

Bern, 22 may, AZƏRTAC

İsveçrənin Bern kantonunda meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiyyətdə olduğu insanlar müəyyənləşdirilir.

Bern kantonunun Səhiyyə, Sosial və İnteqrasiya üzrə Direktorluğunun məlumatına əsasən, xarici ölkələrdən birində virus daşıyıcısı ilə təmasda olan şəxs hazırda ambulator müalicə alır və vəziyyəti sabitdir.

İsveçrə Federal Səhiyyə İdarəsi mümkün yoluxma halları ilə bağlı tədbirlər görüləcəyini elan edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.