DÜNYA


İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başlayıb

Bakı, 6 iyul, AZƏRTAC

İsveçrənin ən böyük pərakəndə və topdansatış şirkətlərindən biri olan “Coop” Estoniyada “Cleveron” şirkətinə məxsus “robot köşk”lərin fəaliyyətini başladan ilk satış şəbəkəsi olub.

AZƏRTAC xəbər ki, “Cleveron 501” ərzaq köşkü müştərilərinə xüsusən bu pandemiya dövründə sürətli, rahat, satıcı və ya kuryerlə heç bir təmas tələb etməyən xidmət təqdim edir. Müştəri onlayn formada alış-veriş edərək özünə uyğun vaxtı seçir və sifarişini tamamladıqdan sonra xüsusi kod əldə edir. Sifarişin çatdırılması barədə bildiriş aldıqdan sonra “robot köşk”ün ekranına kodunu daxil etməklə və ya sadəcə telefon ekranından skan etməklə (heç nəyə toxunmadan) sifarişini əldə edir. Sifarişin alınması prosesi cəmi bir neçə saniyə çəkir.

“Robot köşk” rahat və yığcam dizaynı sayəsində istənilən ərazidə yerləşdirilə bilir və istənilən vaxtda müştərilərə sifarişlərini çatdıra bilir. Daxilində olan 2 temperatur zonası sayəsində meyvə-tərəvəzdən tutmuş süd və dondurulmuş qida məhsullarına kimi hər növ ərzağı təravətli şəkildə saxlayır.

Bu layihə ərzaq çatdırılması sahəsində yeni və innovativ bir addımdır, yaxın gələcəkdə bütün dünyada bu cür ərzaq köşklərin sayının artacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.