İDMAN


İsveçrəli Mark Hirşhi “Tour de France” veloyürüşünün 12-ci mərhələsinin qalibi olub

Bakı, 11 sentyabr, AZƏRTAC 

“Tour de France” veloyürüşündə 12-ci mərhələyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Sunweb” komandasının təmsilçisi, isveçrəli Mark Hirşhi bütün rəqiblərini qabaqlayaraq birinci olub. Belə ki, o, 218 kilometr məsafəni 5 saat 8 dəqiqə 49 saniyəyə qət edib.

M.Hirşi “Tour de France” mərhələsini qazanan ən gənc isveçrəli velosipedçi hesab olunur (22 yaş 17 gün). Yarışda ikinci yeri fransız Pyer Rolland (“Vital Concept”), üçüncü pilləni isə danimarkalı Syoren Kraq Andersen (“Sunweb”) tutublar.

Sloveniyalı velosipedçi Primoj Roqliç ümumi yarış cədvəlinə liderlik edir – 51 saat, 26 dəqiqə 43 saniyə.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.