İDMAN


İsveçrəli azarkeş: Möhtəşəm Bakı Olimpiya Stadionunda baş tutan oyundan böyük zövq aldıq

Bakı, 13 iyun, AZƏRTAC

Qarşılaşmanı çox böyük həyəcanla izlədik. Bu bir futbol bayramıdır. Möhtəşəm Bakı Olimpiya Stadionunda baş tutan oyundan böyük zövq aldıq.

Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn isveçrəli futbol azarkeşi Cil Royl AZƏRTAC-a müsahibəsində deyib.

O, qeyd edib ki, paytaxt Bakı gözəlliyi ilə zövq oxşayır: “Şəhərinizin, xüsusilə arxitekturası maraqlıdır. Burada yeni binalarla köhnələrin sintezi diqqətimi cəlb edib. Bakını başdan-başa gəzmək istəyirəm”.

Azərbaycan mətbəxinin çox zəngin olduğunu, artıq bir çox yeməkləri daddığını bildirən qonaq böyük məmnuniyyətlə ölkəmizə yenidən səfər edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.