SİYASƏT


İsveçrəli deputat: məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər VİDEO

Strasburq, 25 iyun, AZƏRTAC 

Düşünürəm ki, məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər. Münaqişə olan ölkələrdə məcburi köçkün problemi də mövcuddur. Biz bu problemin beynəlxalq həllini tapmağa çalışırıq. Ancaq AŞPA-da dinləmələr zamanı bu məsələni siyasiləşdirməyə cəhd edildi. Avropa Şurası insan hüquqlarını, hüquqi dövləti və demokratiyanı təşviq edir. Çalışırıq çətin vəziyyətdə olan məcburi köçkünlərə yardım edək, bu problemə humanitar mövqedən yanaşaq.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” məruzəsinə hazırlıq çərçivəsində təşkil olunmuş dinləmələrdən sonra moderator, isveçrəli deputat Doris Fiala AZƏRTAC-a müsahibəsində söyləyib.

Deputat bildirib ki, dinləmələr zamanı o, sülh mövqeyi tutaraq vəziyyəti sakitləşdirməyə çalışıb.

Xatırladaq ki, münaqişələrdə məcburi köçkün və itkin düşmüş insanlarla bağlı təşkil olunmuş dinləmələrdə azərbaycanlı məcburi köçkünlərdən danışılanda erməni deputat məlumatları saxtalaşdırmağa, diqqəti əsas məsələdən yayındırmağa çalışsa da, moderator Doris Fiala onu susdurub və çıxışının yersiz olduğunu bildirib. “Şərh verməyin, sualınız varsa verin. Əsəbi olmaq lazım deyil, sakitləşin”, - deyə o, erməni deputatı susmağa məcbur edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.