REGİONLAR


İsveçrəli iş adamı Sumqayıt şəhərinə bir milyon ədəd tibbi maska göndərib

Sumqayıt, 3 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila şəhərə bir milyon ədəd tibbi maska göndərib.

Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, Abdulla Şatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım “Azərbaycan Hava Yolları”nın yük terminalında qəbul olunub və dezinfeksiya edildikdən sonra Sumqayıt şəhərinə gətirilib.

Humanitar yardım Sumqayıt şəhər 1 saylı xəstəxanada qəbul olunub. Bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından isveçrəli iş adamı Abdulla Şatilaya minnətdarlıq ifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.