MƏDƏNİYYƏT


İsveçrəli məktəblilərə Azərbaycan rəqsləri öyrədilir

Bakı, 23 iyul, AZƏRTAC 

İsveçrədə yaşayan soydaşlarımız bu ölkənin ictimai və mədəni həyatında həyata keçirilən inteqrasiya səciyyəli tədbir və layihələrdə fəal iştirak etməyə çalışırlar. Bu layihələrdən biri də miqrantların mədəniyyətinin təbliğ olunması ilə bağlıdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, artıq 3 ildir ki, Aargau bölgəsinin Miqrasiya və İnteqrasiya Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə məktəblərdə təqdim olunur. Layihənin rəhbəri İsveçrədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovdur.

Q.Nəsirov bildirib ki, əsas məqsəd məktəbliləri ölkədəki miqrantların mədəniyyətləri ilə tanış etmək, onlara inteqrasiya barədə məlumat verməkdir. Layihə çərçivəsində məktəblilərə Azərbaycan rəqsləri də öyrədilir. Bunun üçün “Qarabağ” Azərbaycan məktəbinin müəllimi Gülnarə Axundova layihədə iştirak etməyə dəvət edilib. Üç ildir ki, G.Axundova isveçrəli uşaqlara milli rəqslərimizi öyrədir.

Qeyd edək ki, bu yaxınlarda Aargauda 16 yaşlı 100 məktəblinin iştirakı ilə təqdim olunan Azərbaycan rəqsləri böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.