İQTİSADİYYAT


İsveçrənin 3 şirkəti ilə fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub

Bakı, 27 iyun, AZƏRTAC

İsveçrə şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək və yerli fındıq istehsalçıları ilə görüşəcəklər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib. Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

İsveçrənin "GN-company", "Varistor" və "Delica" şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

İxrac missiyası bu gün İsveçrə şirkətləri ilə görüşlərini davam etdirəcək, aparıcı fındıq tədarükü və satışı müəssisələrində olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.