SİYASƏT


İsveçrənin Bazel Universitetində Azərbaycana həsr olunmuş təqdimat mərasimi keçirilmişdir

Bakı, 7 dekabr (AZƏRTAC). İsveçrənin Bazel Universitetində Azərbaycana həsr olunmuş tədbir keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bazel Universitetinin əczaçılıq fakültəsinin I kurs tələbəsi Raifə İbrahimova tədbirdə Azərbaycana dair təqdimat keçirmiş, iştirakçılara ölkəmizlə bağlı videomateriallar nümayiş etdirmişdir. R.İbrahimova universitetdə təhsil alan yerli və əcnəbi tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və s. barədə məlumat vermiş, onların suallarını cavablandırmışdır.

Təqdimat mərasimindən sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz nümunələrini dadmışlar.

Tədbirdən xoş təəssüratla ayrılan qonaqlar Azərbaycan ilə bağlı onlara ətraflı məlumat verildiyi üçün təşəkkürlərini bildirmişlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.