İQTİSADİYYAT
İsveçrənin “Romandie” qəzeti AÇG üzrə yeni sazişdən yazır
Bakı, 19 sentyabr, AZƏRTAC
İsveçrənin “Romandie” qəzeti Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından yazır.
AZƏRTAC xəbər verir ki, qəzetdə yerləşdirilən məqalədə AÇG üzrə yeni sazişin əhəmiyyətindən bəhs edilir. Qeyd edilir ki, yeni müqavilə Azərbaycan üçün daha əlverişli şərtləri birləşdirir.
Məqalədə bildirilir ki, Böyük Britaniyanın BP şirkəti və Azərbaycan böyük bir yatağın hasilatın pay bölgüsü üzrə düzəliş edilmiş sazişin müddətini 2050-ci ilədək uzadıb. Bakıda keçirilmiş imzalanma mərasimində Prezident İlham Əliyevin çıxışına istinadən qeyd edilir ki, yeni müqavilə özündə Azərbaycan üçün daha əlverişli şərtləri birləşdirir. AÇG-də SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Sərmayədarlar tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar həcmində bonus ödəniləcək.
Vurğulanır ki, yataqlar blokundan ilk neft hasilatı 1997-ci ildə başlayıb və indiyədək 3 milyard barreldən çox neft hasil olunub. Növbəti 32 ildə bu layihəyə 40 milyard dollar investisiya qoyulması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]