ELM VƏ TƏHSİL


İsveçrənin təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi ADA Universitetində olub

Bakı, 29 oktyabr, AZƏRTAC 

İsveçrənin təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell Ambrogio ADA Universitetində olub.

AZƏRTAC xəbər verir ki, rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verən ADA Universitetinin rektoru səfir Hafiz Paşayev Azərbaycan ilə İsveçrə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də təhsil sahəsində yüksək səviyyədə inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 46 müxtəlif ölkədən olması ADA-da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən faydalanmaq imkanı yaradır.

İsveçrənin təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell Ambrogio Azərbaycan ilə təhsil sahəsində əlaqələri daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirib. Qeyd edib ki, İsveçrədə orta və ali təhsil sistemi dünyanın ən inkişaf etmiş modellərindən hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.