CƏMİYYƏT


İt döyüşləri üzrə “ölkə çempionatı” təşkil edən şəxslər saxlanılıblar VİDEO

Bakı, 12 oktyabr, AZƏRTAC

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib.

Polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyənləşdirilib. Görülən tədbirlər zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər dörd nəfər – Hüseyn Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət verilməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.