MƏDƏNİYYƏT


“İt gəzdirən xanım” mövsümün sonuncu tamaşası olacaq

Bakı, 9 iyul, AZƏRTAC

Bu il Azərbaycan Dövlət Pantomima Teatrı üçün məhsuldar il olub. Belə ki, hər mövsüm olduğu kimi bu mövsümdə də yeni tamaşalar hazırlanaraq teatrsevərlərin ixtiyarına verilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı iyulun 15-də mövsümü A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə bağlayacaq.

Nümayiş olunacaq səhnə əsəri Leyla Atayevanın quruluşunda izləniləcək. Səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.