MƏDƏNİYYƏT


“İt gəzdirən xanım” növbəti dəfə səhnədə...

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 28-də A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Leyla Atayevanın quruluşunda nümayiş olunacaq səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.