İDMAN


İtaliya A Seriyası: “Atalanta” və “İnter” qələbə qazanıb

Bakı, 29 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 28-də İtaliya A Seriyasının 37-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşü “San Siro” stadionunda baş tutub. “İnter” əzəli rəqibi “Napoli” klubunu qəbul edib. Görüş 2:0 meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Danilo Dambrosio və Lautaro Martines fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 79-a çatdıran “İnter” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Napoli” isə 59 xalla 7-ci yerdə qərarlaşıb.

Günün digər oyununda isə üçüncü pillədə qərarlaşan “Atalanta” səfərdə “Parma”nın qonağı olub. Oyunda hesabı meydan sahibləri Dejan Kuluseviçin sayəsində açsa da, “Atalanta” ardıcıl iki dəfə qol vuraraq oyunda qələbə qazanıb. Berqamo təmsilçisinin heyətində Ruslan Malinovskiy və Alexandro Qomez fərqləniblər.

“Atalanta” 78 xalla üçüncü, “Parma” isə 46 xalla 11-ci yerdədir.

Turun qalan görüşləri iyulun 29-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.