İDMAN


İtaliya A Seriyası: “İnter” klubu “Yuventus”u məğlub edib

Bakı, 18 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 17-də futbol üzrə İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Cuzeppe Meaza” stadionunda baş tutan görüşdə “İnter” əzəli rəqibi “Yuventus” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 12-ci dəqiqədə açılıb. Nikoli Barellanın ötürməsini Arturo Vidal dəqiq zərbə ilə tamamlayıb.

Fasilədən sonra “İnter” rəqibin qapısına ikinci dəfə yol tapıb. Oyunun ən yaxşılarından sayılan Nikola Barella rəqibi əks hücumda yaxaladığı epizodda qapıçı ilə təkbətək qalıb. İtaliya millisinin futbolçusu fürsəti əldən verməyib. Qalan dəqiqələrdə qonaqların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Bu qələbədən sonra xal sayını 40-a çatdıran “İnter” turnir cədvəlində ikinci yerdə, “Yuventus” isə 33 xalla beşinci yerdə qərarlaşıb.

Turnir cədvəlinin lideri “Milan” yanvarın 18-də səfərdə “Kalyari” komandasının qonağı olacaq.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Atalanta” - “Genoa” - 0:0;

“Sassuolo” - “Parma” - 1:1;

“Krotone” - “Benevento” - 4:1;

“Napoli” - “Fiorentina” - 6:0;

“Sampdoriya” - “Udineze” - 2:1;

“Torino” - “Spezia” - 0:0;

“Bolonya” - “Verona” - 1:0;

“Latsio” - “Roma” - 3:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.