İDMAN
İtaliya A Seriyası: “İnter” səfərdə “Lazio”nun qapısından üç cavabsız top keçirdib
Bakı, 30 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 30-da İtaliya çempionatının 10-cu turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu “Olimpiko” stadionunda keçirilib. “Lazio” klubu “İnter” komandasını qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Neradruzuri”nin heyətində Mauro İkardi (2) və Marselo Brozoviç fərqlənib.
Bu qələbədən sonra “İnter” xallarının sayini 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Lazio” isə 18 xalla 4-cü yerdə qərarlaşıb.
İtaliya A Seriyasının 11-ci turunda “İnter” noyabrın 3-də “Genoa” klubunu qəbul edəcək. “Lazio” isə səfərdə SPAL komandası ilə üz-üzə gələcək.