İDMAN


İtaliya A Seriyası: Kriştiano Ronaldo "Yuventus"a qələbə qazandırıb

Bakı, 28 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 27-də İtaliya A Seriyasının onuncu turu start götürüb.

AZƏRTAC xəbər verir ki, "Karlo Kastellani" stadionunda keçirilən qarşılaşmada son çempion "Yuventus" autsayder "Empoli" klubunun qonağı olub. Görüş "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb. Rəqib qapısına topu 28-ci dəqiqədə Francesko Kaputo vurub. Fasiləyə üstün yollanan "Empoli" qarşılaşmanın ikinci hissəsində qapısında iki qol görüb. Hər iki qolun müəllifi turinlilərin yeni transferi Kriştiano Ronaldo olub. Bu dubl sahəsində portuqaliyalı hücumçu İtaliya çempionatında qollarının sayını 7-yə çatdırıb. Ronaldo bombardirlərin siyahısında "Genoa"nın polşalı hücumçusu Kşiştof Piontekdən sonra ikinci yerdədir.

Beləliklə, "Yuventus" xalların sayini 28-ə çatdıraraq lider mövqeyini qoruyub. "Empoli" isə 6 xalla 18-ci yerdə qərarlaşıb.

Turun digər oyunları belə nəticələnib:

"Atalanta" - "Parma" - 3:0

"Torino" - "Fiorentino" - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.