İDMAN
İtaliya A Seriyası: Kriştianu Ronaldu iki qolla "Yuventus"a qələbə qazandırıb
Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 16-da İtaliya A Seriyasının dördüncü turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, "Allianz" stadionunda keçirilən qarşılaşmada A Seriyasında hələ də məğlubiyyət bilməyən iki klub - "Yuventus" və "Sassuolo" üz-üzə gəliblər. İlk üç oyununda qol vura bilməyən "Qoca sinyora"nın yeni transferi Kriştianu Ronaldu "Sassuolo" ilə görüşdə iki qolla yadda qalıb. Birinci hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Fasilədən sonra matçın 50-ci və 65-ci dəqiqələrində Ronaldu iki dəfə fərqlənərək "Yuventus" klubunu hesabda önə çıxardıb. Qonaqlar oyunun sonuna yaxın qollardan birinin əvəzini çıxıblar. Babakar adını tabloya yazdırıb. Beləliklə, Ronaldu "Yuventus" klubunun heyətində ilk rəsmi oyununda iki qol vuraraq turinlilərə qələbə qazandırıb.
Turun gözlənilməz hesabı isə Romada qeydə alınıb. "Roma" doğma meydanda 2:0 hesabı ilə irəlidə olsa da, "Kiyevo" klubu oyunun sonlarına yaxın hesabı bərabərləşdirməyə nail olub.
Dördüncü turun digər oyunlarının nəticələri aşağıdakı kimidir:
"İnter" - "Parma" - 0:1
"Napoli" - "Fiorentino" - 1:0
"Flosinone" - "Sampdoriya" - 0:5
"Genoa" - "Bolonya" - 1:0
"Udineze" - "Torino" - 1:1.
Qeyd edək ki, dördüncü tura "Empoli"-"Lazio", "Kalyari"-Milan və SPAL-"Atalanta" oyunları ilə yekun vurulacaq.
Dörd turdan sonra 12 xalla "Yuventus" klubu liderdir. Aktivində 9 xalı olan "Napoli" ikinci, "Sassuolo" 7 xalla üçüncü, bir oyun az keçirən "Fiorentino" və "Sampdoriya" hərəyə 6 xalla dördüncü və beşinci yerləri bölüşürlər.