İDMAN


İtaliya A Seriyası: “Latsio” klubu “İnter”i məğlub edərək ikinci pilləyə yüksəlib

Bakı, 17 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 16-da İtaliya A Seriyasının 24-cü turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “İnter” klubu səfərdə “Latsio” komandasını qəbul edib.

Paytaxt “Olimpiko”da keçirilən görüşdə “Latsio” 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı “İnter” 44-cü dəqiqədə Eşli Yanqın sayəsində açsa da fasilədən sonra meydan sahibləri ardıcıl iki qol vuraraq vacib qələbə qazanıblar. “Latsio”nun heyətində Ciro İmobile və Serj Milinkoviş Saviç fərqləniblər.

Bu qələbə sayəsində “Latsio” 56 xal yığaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “İnter” isə 54 xalla üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 17-də “Milan” - “Torino” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.