İDMAN
İtaliya A Seriyası: Lorenso İnsinye “Napoli” klubuna qələbə qazandırıb
Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 15-də İtaliya A Seriyasının dördüncü turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən oyunu Neapolda “San Paolo” stadionunda baş tutub. “Fiorentino” klubu “Napoli” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 79-ci dəqiqədə Lorenso İnsinye olub.
Turun digər oyununda “Flosinone” doğma meydanda “Sampdoriya” klubunu qəbul edib. Qarşılaşma 3:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.
Xatırladaq ki, İtaliya A Seriyasının dördüncü turuna “İnter”-“Parma” oyunu ilə start verilmişdi. Görüş “Parma” klubunun gözlənilməz (1:0) qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi qarşılaşmanın 79-cu dəqiqəsində Federiko Demarko olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]