İDMAN


İtaliya A Seriyası: “Milan” ardıcıl üçüncü qələbəsini qazanıb

Bakı, 5 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 4-də İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu qarşılaşması “Daçia Arena”da keçirilib. “Milan” “Udineze”nin qonağı olub. Görüş “rossoneri”lərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol qarşılaşmanın 97-ci dəqiqəsində vurulub. “Milan” klubunun kapitanı Alesio Romanyoli əks hücum zamanı müdafiəçilərin səhvini bağışlamayıb. Bu gənc müdafiəçinin artıq ikinci həlledici qolu olub.

Xatırladaq ki, çempionatın 10-cu turunda “Genoa” ilə oyunda A.Romanyoli sonuncu dəqiqələrdə vurduğu qolla milanlılara qələbə qazandırıb (2:1).

“Milan” ardıcıl üçüncü qələbəsini qazanaraq turnir cədvəlində dördüncü yerini qoruyub saxlayıb.

İtaliya A Seriyasının 12-ci turunda "Milan" doğma meydanda “Yuventus” klubunu qəbul edəcək. "Udineze" isə səfərdə "Empoli"nin qonağı olacaq.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

"Napoli"-"Empoli" - 5:1

"İnter"-"Genoa" - 5:0

"Fiorentino"-"Roma" - 1:1

"Yuventus"-"Kalyari" - 3:1

"Lazio"- SPAL- 4:1

"Kyevo"-Sassuolo" - 0:2

"Parma"-"Frosinone" - 0:0

"Sampdoriya"-"Torino" - 1:4

"Bolonya"-"Atalanta" - 1:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.