İDMAN


İtaliya A Seriyası: “Milan” növbəti qələbəsini qazanaraq liderliyə yüksəlib

Bakı, 25 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 25-də futbol üzrə İtaliya A Seriyasının 6-ci turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış görüşündə çempionluğa iddialı “Milan” səfərdə autsayder “Spezia” klubunun qonağı olub.

Görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Stefano Piolinin yetirmələrinin heyətində Daniel Maldini (48), Brahim Diaz (87), “Spezia”nın heyətində isə Daniele Verde fərqləniblər.

Bu qələbə sayəsində milanlılar xal ehtiyatını 16-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəliblər. “Spezia” isə dörd xalla 17-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.