İDMAN


İtaliya A Seriyası: “Milan” öz meydanında “Latsio”dan üstün olub

Bakı, 13 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “San-Siro” stadionunda keçirilən görüşdə “Milan” doğma azarkeşlər önündə “Latsio” komandasını qəbul edib.

Görüşdə “Milan” komandası üstün olub - 2:0. Hesab oyunun 45-ci dəqiqəsində açılıb. Rafael Leao Ante Rebiçin ötürməsini qola çevirib. Bir dəqiqə sonra baş hakim “Latsio”nun qapısına 11-metirlik cərimə zərbəsi təyin edib. Frank Kessi cərimə zərbəni dəqiq yerinə yetirə bilməyib.

Fasilədən sonra hücumları davam edən “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Meydana yeni daxil olmuş Zlatan İbrahimoviç komandasının üstünlüyünü artırıb.

Bu qələbə sayəsində xal ehtiyatını 9-a çatdıran “Milan” turnir cədvəlində liderliyə yüksəlib, “Latsio” isə altı xalla dördüncü yerdə qərarlaşıb.

Növbəti turda “Milan” səfərdə “Yuventus”la, “Latsio” isə səfərdə “Kalyari” ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.