İDMAN


İtaliya A Seriyası: “Milan” qələbə qazanaraq liderliyə yüksəlib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də İtaliya A Seriyasının 16-cı turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, açılış görüşündə çempionluğa iddialı “Milan” klubu öz meydanında autsayder “Salernitana” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində Frank Kessi (5) və Aleksis Salemakers (18) fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 38-ə çatdıraraq “Milan” qismən olsa da birinci pilləyə yüksəlib. Otuz beş xalla bir oyun az keçirən “Napoli” ikinci pillədə qərarlaşıb. Neapol təmsilçisi dekabrın 4-də saat 23:45-də “Atalanta” komandasını qəbul edəcək. “Salernitana” 8 xalla 20-ci yerdə qərarlaşıb.

Turun ilk oyun günün digər maraq doğuran görüşü paytaxt Romada baş tutacaq. “Roma” öz meydanında “İnter” komandasını qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.