İDMAN


İtaliya A Seriyası: “Milan” səfərdə “Yuventus”u böyük hesabla məğlub edib

Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 9-də futbol üzrə İtaliya A Seriyasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, turun son oyununda iki əzəli rəqib - "Yuventus" və “Milan" klubları ilə üz-üzə gəlib.

Görüş milanlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Alianz Arena" stadionunda baş tutan görüşdə hesab matçın 45-ci dəqiqəsində açılıb. Brahim Diaz baxımlı qola imza atıb.

Fasilədən sonra bərabərlik qolu üçün irəli atılan “Yuventus” rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, “Milan” ikinci dəfə rəqibin qapısına yol tapıb. Meydana yenicə daxil olmuş Ante Rebiç 78-ci dəqiqədə baxımlı qolla fərqlənərək komandasının vacib qoluna imza atıb. Bu da oyunda son qol olmayıb.

Matçın 82-ci dəqiqəsində Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalxanoğlunun rəqibin qapısı önünə ötürməsini Fikayo Tomori dəqiq baş zərbəsi ilə tamamlayıb.

Bu vacib qələbədən sonra xal ehtiyatını 72-yə çatdıran “Milan” turnir cədvəlində üçüncü yerə yüksəlib. “Yuventus” isə 69 xalla beşinci yerə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.