İDMAN


İtaliya A Seriyası: “Milan” səfərdə mühüm qələbə qazanıb

Bakı, 12 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 11-də İtaliya A Seriyasının 36-cı turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ilk gününün ən çox maraq doğuran qarşılaşması “Artemio Françi” stadionunda baş tutub. UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” səfərdə turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan “Fiorentina”ın qonağı olub.

Görüş qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb. Gərgin keçən matçda yeganə qolun müəllifi milanlıların türkiyəli futbolçusu Hakan Çalxanoğlu olub. O, görüşün 35-ci dəqiqəsində Susonun cinah ötürməsindən sonra rəqibin qapısına dəqiq baş zərbəsi endirərək “Milan”a vacib üç xal qazandırıb.

Bu qələbə sayəsində “Milan” xallarının sayını 62-yə çatdıraraq beşinci, “Fiorentina” isə 40 xalla 13-cü yerdə qərarlaşıb.

Digər iki oyunda aşağıdakı nəticələr qeydə alınıb:

“Atalanta” - “Genoa” - 2:1;

“Kalyari” - “Latsio” - 1:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.