İDMAN


İtaliya A Seriyası: “Roma” ardıcıl üçüncü dəfə məğlub olub

Bakı, 6 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 5-də futbol üzrə İtaliya A Seriyasının 30-cu turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son və mərkəzi qarşılaşması “San Paolo” stadionunda oynanılıb.

“Napoli” klubu “Roma” komandasını qəbul edib.

Oyunda hesabı meydan sahibləri fasilədən sonra açıblar. Matçın 55-ci dəqiqəsində Jose. Maria Kalyexon fərqlənib. Qoldan beş dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətiriblər. Qarşılaşmanın 82-ci dəqiqəsində “Napoli”nin əsas qol silahı sayılan Lorenso İnsinya fərqlənərək komandasına qələbə qazandırıb.

Beləliklə, bu qələbə “Napoli”ni turnir cədvəlində (48 xal) 6-cı pilləyə yüksəldib. Eyni xala malik olan “Roma” 5-ci yerdə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.