İDMAN


İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb

Bakı 21 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 21-də İtaliya A Seriyasında 20-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Milan” səfərdə “Cenoa”nın qonağı olub.

Görüş Milan təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Rossonyerlər”in heyətində Fabio Borini (72) və Suso (83) fərqləniblər.

Bu qələbədən sonra “Milan” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Cenoa” isə 20 xalla 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, tura “Yuventus” - “Kyevo” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.