İDMAN


İtaliya A Seriyası: "Milan" "Kalyari"ni böyük hesabla məğlub edib

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 10-da İtaliya A Seriyasının 23-cü turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran qarşılaşması "San Siro" stadionunda baş tutub. Qış fasiləsindən sonra stabil oyunu ilə diqqət çəkən "Milan" çempionatın autsayderi "Kalyari" komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (3:0). Oyunda Luka Keppitelli (13 - öz qapısına), Lukas Paketa (22) və Kşiştof Piatek (62) fərqləniblər. Bu qələbədən sonra "Milan" xalların sayını 39-a çatdıraraq dördüncü yerdəki mövqeyini qoruyub, "Kalyari" isə 21 xalla 15-ci yerdə qərarlaşıb. Növbəti turda "Milan" səfərdə "Atalanta" ilə, "Kalyari" isə doğma meydanda "Parma" ilə qarşılaşacaq.

Turnir cədvəlinin hazirki lideri "Yuventus" da səfərdə eyni hesabla "Sassuolo"dan üstün olub.

Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:

"Kiyevo" - "Roma" - 0:3;

"Fiorentino"-"Napoli" - 0:0;

"Parma"-"İnter" - 0:1;

"Bolonya"-"Genoa" - 1:1;

"Atalanta"- SPAL - 2:1;

"Torino"-"Udineze" - 1:0;

"Sampdoriya"-"Frosinone" - 0:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.