İDMAN


İtaliya A Seriyası: "Milan” səfərdə “İnter”ə məğlub olub

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 21-də İtaliya A Seriyasının 9-cu turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması "San Siro" stadionunda keçirilib. "Derby della Madonina" adlanan derbidə "İnter" "Milan" komandasını qəbul edib. Görüşün taleyin həll edən qol qarşılaşmanın 90-cı dəqiqəsində meydan sahibləri tərəfindən vurulub. Belə ki, Matias Veçinonun cinah ötürməsini Mauro İkardi dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "İnter" turnir cədvəlində üçüncü yerə yüksəlib.

Daim gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi bundan əlavə 173-cü dəfə oynanılıb. Bu matçların 65-də “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 54 görüş heç-heçə nəticələnib.

Hər iki klubun əzəli rəqibi "Yuventus" isə doğma meydanda "Genoa" klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. "Qoca sinyora"nın heyətində 18-ci dəqiqədə Kriştiano Ronaldo, qonaq komandadan isə 67-ci dəqiqədə Daniel Bessa fərqlənib. Beləliklə, "Genoa" klubu "Yuventus”un səkkiz oyunluq qələbə seriyasına son qoyub.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

"Udineze" - "Napoli" - 0:3

"Frosinone" - "Empoli" - 3:3

"Kyevo" - "Atalanta" - 1:5

"Bolonya" - "Torino" - 2:2

"Parma" - "Lazio" - 0:2

"Fiorentino" - "Kalyari" -1:1.

Qeyd edək ki, İtaliya A Seriyasının 9-cu turuna oktyabrın 22-də keçiriləcək "Sampdoriya"-"Sassuolo" oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.