İDMAN


İtaliya A Seriyası: "Yuventus" mövsümdə 13-cü qələbəsini qazanıb

Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 2-də İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu "Artemio Françi" stadionunda oynanılıb. "Fiorentino" doğma azarkeşlər önündə lider "Yuventus"u qəbul edib. Görüş Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qoca sinyora"nın heyətində Roberto Bentankur (31), Jorje Kiellini (69) və Kriştiano Ronaldo (79 - penalti) fərqləniblər. Bu, "Yuventus" klubunun cari mövsümdə 14 turdan sonra on üçüncü qələbəsidir.

Turun açılış oyununda SPAL doğma meydanda "Empoli" klubunu qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.