İDMAN


İtaliya-Azərbaycan Dostluq Dərnəyi ilə Maltanın futbol komandası arasında müqavilə imzalanıb VİDEO

Roma, 19 sentyabr, AZƏRTAC

İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı Maltanın “Sliema Wanderers” futbol komandası ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən Dündar Keşaplı klubun beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib. O, həmçinin klubun UEFA ilə əlaqələrinə cavabdeh olacaq.

İmzalanma mərasimində “Sliema Wanderers” komandasının prezidenti Keyt Perri Dündar Keşaplının klubun işinə töhfə verəcəyinə əminliyini ifadə edib. D.Keşaplı, öz növbəsində, klubun işinin yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Klubun baş direktoru, İtaliyanın keçmiş futbolçusu Canfranko Quazzoli də mərasimində iştirak edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.