ELM VƏ TƏHSİL


İtaliya-Azərbaycan birgə elmi və texnoloji əməkdaşlıq üzrə layihə müsabiqəsi elan edilir

Bakı, 15 may, AZƏRTAC 

İtaliya və Azərbaycan arasında mədəniyyət, təhsil, elm və texnologiya üzrə əməkdaşlıq haqqında saziş çərçivəsində 2020-2022-ci illər üçün elmi və texnoloji əməkdaşlıq üzrə ilk icra proqramı hazırlanır.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, bu məqsədlə İtaliya-Azərbaycan birgə elmi və texnoloji əməkdaşlıq üzrə “Tədqiqatçıların mübadiləsi” üçün layihə müsabiqəsi elan edilir.

Tədqiqatçıların mübadilə layihələri aşağıda qeyd olunan prioritet tədqiqat sahələri üzrə təqdim edilməlidir:

- Yer elmləri;

- Tibb və biotibb;

- Fizika və astrofizika;

- Mədəni irsə tətbiq olunan texnologiyalar.

Layihə təklifləri iyulun 31-dək AMEA Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir.

Tel.: (+994 12) 492 54 93. Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.