Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Senator Sercio Divinadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təbrik edirəm.

Çoxsaylı italyanlar Azərbaycanın tarix baxımından qısa bir müddət olan 25 il ərzində əldə etdiyi nailiyyətləri böyük heyranlıqla izləyir və gündən-günə daha çox iş adamı Sizin ölkənizdə təşəbbüslərə cəlb olunur.

Cənab Prezident, Sizi Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, ölkədə hökm sürən sabit siyasi, sosial və multikultural mühitə görə bir daha təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyi ümidi ilə Sizə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Senator Sercio Divina

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin