DÜNYA


İtaliya Daxili İşlər Nazirliyi: Lampeduza adasına 180-dən çox miqrant keçib

İtaliya Daxili İşlər Nazirliyi: Lampeduza adasına 180-dən çox miqrant keçib

Roma, 16 sentyabr, AZƏRTAC

İtaliyanın Lampeduza adasına qayıqlarla 184 miqrant keçib.

AZƏRTAC İtaliyanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazir Matteo Salvini həmin miqrantlarla bağlı “yeni və səmərəli” qərar üzərində çalışır. Başlıca variantlardan biri tunisli miqrantların çarter reyslə təcili geriyə göndərilməsidir. Nazirlik yeni gələn miqrantlara görə Maltanı təqsirkar hesab edir. Həmçinin yerli mənbələrdə Malta hökumətinin növbəti dəfə İtaliyanı problemlə üz-üzə qoyduğu qeyd olunur.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.