DÜNYA


İtaliya Daxili İşlər nazirinə içərisində güllə olan anonim zərf göndərilib

Roma, 13 iyul, AZƏRTAC

İtaliyanın Daxili İşlər naziri və “Liqa” partiyasının lideri Matteo Salviniyə içərisində güllə olan anonim zərf göndərilib.

AZƏRTAC xəbər verir ki, zərfdə nazirə faşist diktatoru Benito Mussolininin istifadə etdiyi, “lider” anlamına gələn “Duçe” kimi müraciət edilib. Zərf Florensiya yaxınlığında yerləşən Sesto-Fyorentina kommunasında poçt şöbəsinin çeşidləmə məntəqəsində ələ keçirilib. Folqa bükülmüş güllə 22 kalibrli olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.