İtaliya Deputatlar Palatasının üzvü: Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıyıq
AzerTAg.az
Roma, 11 may, AZƏRTAC
İtaliya Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Rossana Boldi deyib
“İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması əlamətdar hadisədir. Ötən illər ərzində iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edib. Xüsusilə enerji sektorunda əməkdaşlıq hər iki ölkəyə fayda gətirib, Azərbaycan İtaliya üçün etibarlı təchizatçıya çevrilib. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında xüsusi rol oynayıb. Biz Azərbaycan ilə strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıyıq. İtaliya Azərbaycanla dostluq münasibətlərini davam etdirməyə və möhkəm tərəfdaşlıq etməyə hazırdır”, - deyə italiyalı deputat vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin mətnində orfoqrafik səhv var