SİYASƏT


İtaliya Deputatlar Palatasının üzvü: İşğaldan azad olunan ərazilərdə reallaşdırılan layihələr Azərbaycan əhalisinə xeyir gətirəcək

Roma, 23 oktyabr, AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr bütövlükdə Azərbaycan əhalisinə xeyir gətirəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi deyib.

İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycanın erməni işğalından azad olunan ərazilərinə səfər etdiyini xatırladan R.Boldi vurğulayıb: “Hazırda Azərbaycan hökuməti işğaldan azad olunan əraziləri inkişaf etdirmək üçün çoxsaylı layihələr həyata keçirir. Bu mühüm layihələr həmin ərazilərin sakinlərinə və bütövlükdə Azərbaycan əhalisinə xeyir gətirəcək. Qarabağda real sülhün əldə olunması məni sevindirir. Ümid edirəm ki, bu, həmin regionda ciddi inkişafa gətirib çıxaracaq”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.