İDMAN


İtaliya Futbol Federasiyası klublara oyunlarda VAR sisteminin tətbiqini tələb etmələrinə icazə verməyi planlaşdırır

Bakı, 14 fevral, AZƏRTAC

İtaliya Futbol Federasiyası oyunlar zamanı yaranan mübahisəli epizodları izləmək üçün klublara videonəzarət (VAR) sisteminin tətbiqini tələb etmələrinə icazə verməyi planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, A Seriyası klublarının əksəriyyəti VAR sisteminin işindən narazı olduqları üçün belə bir təşəbbüs irəli sürüblər. Bu barədə yekun qərar fevralın sonunda Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasında qəbul olunacaq.

FIFA-nın da İtaliya Futbol Federasiyasının bu təşəbbüsünü dəstəklədiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.