DÜNYA


İtaliya Liviyanın sahil-mühafizə xidmətinin gücləndirilməsinə yardım edəcək

Roma, 5 iyul, AZƏRTAC

İtaliya miqrant ticarətinə son qoymaq üzrə cəhdləri gücləndirmək üçün Liviyaya 10 motorlu qayıq və 2 gəmi verəcək.

AZƏRTAC xəbər verir ki, həmçinin gəmilərin xidməti və Liviya hərbi-dəniz donanması, sahil-mühafizə heyətinin təlimi üçün iki il ərzində 1,4 milyon avro ayrılması da nəzərdə tutulur.

Miqrant böhranı ilə üzbəüz qalan İtaliya miqrant axınının dayandırılmasına yardım etmək məqsədilə artıq Liviyanı digər hərbi-dəniz silahlanmaları ilə təchiz etdiyi bildirilir.

Bununla yanaşı, Maltada qeyri-hökumət təşkilatına məxsus “Sea watch” miqrant xilasetmə gəmisi saxlanılıb.

İtaliya Aralıq dənizində miqrantları xilas edən qeyri-hökumət təşkilatlarının limanlarını bağlamağa başlayıb. Xilasedici gəmilərdən ikisi İspaniyaya, biri isə Maltaya yollanmaq məcburiyyətində qalıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.