SİYASƏT


İtaliya Prezidenti: Romada Azərbaycan səfirliyinin yeni binasını açılması ölkələrimiz arasında dostluq əlaqələrinin mühüm nümunəsidir

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyev ilə Romada keçirilən görüşündə bildirib.

“Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada, Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram”, - deyə Prezident Sercio Mattarella qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.